ABŞ hökumətinin 200 min bitkoini var
sizinxeber.az xəbər saytı

ABŞ hökumətinin 200 min bitkoini var


ABŞ hökumətinin təxminən 200 min bitkoini var.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kriptovalyutalara həsr olunmuş forumda deyib.

“Federal hökumət artıq bitkoinin ən böyük sahibləri arasındadır. Bu vəsaitlər yeni federal ehtiyatın əsasını təşkil edəcək”, - Ağ Ev rəhbəri vurğulayıb.

O, həmçinin ABŞ-nin əvvəlki administrasiyalarının, əsasən də Co Baydenin on minlərlə bitkoin satmasından təəssüfləndiyini bildirib ki, bu da indi milyardlarla dollar dəyərində olacaq.

“Bundan sonra ABŞ hökuməti bitkoinləri satmayacaq. Bunun düzgün olub olmadığını bilmirəm. Və kim bilir? Amma indiyə qədər bu düzgün yanaşma olub”.

Onun sözlərinə görə, ABŞ Xəzinədarlığı və Ticarət Departamentləri ehtiyat üçün bitkoinlərin yığılmasının əlavə üsullarını öyrənəcəklər.

Bundan əvvəl Tramp bitkoinlərin strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında sərəncam imzalayıb.

Oxşar xəbərlər

Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
ABŞ-də Bitkoinin Strateji Ehtiyatı yaradılıb
Tramp kriptovalyuta birjasının rəhbəri ilə görüşəcək
Bitkoinin qiyməti 90 min dolları keçib
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər