ABŞ-də Bitkoinin Strateji Ehtiyatı yaradılıb
ABŞ Prezidenti Donald Tramp ötən gün imzaladığı fərmanla Bitkoinin Strateji Ehtiyatını və digər rəqəmsal aktivlərin ehtiyatını yaradıb.
"Sizinxeber.az" bu barədə CNN-ə istinadən xəbər verir.
Fərmanda deyilir ki, hökumət böyük rəqəmsal aktivin strateji ehtiyatının maliyyələşdirilməsi üçün vergi ödəyicilərinin pullarından istifadə etməyəcək.
ABŞ-nin Maliyyə Nazirliyi isə Rəqəmsal Aktivlər Fondu yaradacaq. Bu Fond cinayət və ya mülki müsadirə prosesləri çərçivəsində hökumət xeyrinə müsadirə edilmiş bitkoinlərlə kapitallaşdırılacaq.
“Bloomberg”in məlumatına görə, hazırda ABŞ təxminən 16,4 milyard dollar dəyərində bitkoin və təxminən 400 milyon dollar dəyərində digər yeddi tokenə sahibdir ki, bu da əsasən mülki və cinayət işləri çərçivəsində aktivlərin müsadirəsi ilə bağlıdır.
Oxşar xəbərlər
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Bitkoinin qiyməti 99 min dolları ötüb
ABŞ "Danske Bank" işində yardıma görə müsadirə edilmiş 50 milyon dollarlıq aktivi Estoniyaya verəcək
Tramp ABŞ Kriptovalyuta Ehtiyat Fondu yaradacaq
Bitkoin 12 %-dən çox ucuzlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













