MDM sədri: Aktiv depo hesablarının sayı 105 mini ötüb
"1997-ci ildən 2023-cü ilin sonuna kimi Milli Depozit Mərkəzində mövcud olan depo hesabların sayı 121 610 təşkil etmişdirsə 2024-cü ilin sonunda bu rəqəm 160 545 olub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
O bildirib ki, aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 024 təşkil etmişdirsə 2024-cü ilin sonunda 105 552 olub.
Eyni zamanda, təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilib. Nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlar üçün balanslarında olan qiymətli kağızlar barədə məlumatların əldə edilməsi imkanı yaradılıb.
“Rəqəmsallaşma sahəsində MDM tərəfindən həyata keçirilmiş digər mühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına tövhə verib.
Hazırda bu sahədə emitentlərə və investorlara göstərilən xidmətlər üzrə elektron çıxarışların və online ödənişlərin tətbiqi üzrə işlər davam etdirilir”- MDM sədri əlavə edib.
Oxşar xəbərlər
Milli Depozit Mərkəzindəki aktiv depo hesablarının sayı 40 %-dən çox artıb
Ağahüseyn Xudaverdiyev: "Azərbaycanda depo hesablarının açılması üzrə yeni arxitektura formalaşdırılıb"
Ağahüseyn Xudaverdiyev: "Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir"
Azərbaycanda ilk dəfə səhmdarların elektron səsvermə sistemi yaradılıb
ABB səhmdarlarının sayı 35 mini ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












