Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası” hazırlanıb.
Bu barədə "Report" DVX-ya istinadən xəbər verir.
Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə əsaslanan 4 başlıca istiqamətdən ibarətdir. Bu istiqamətlər güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafdır. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.
Strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir.
Qeyd edək ki, strategiya ölkədə dayanıqlı iqtisadi artımı, biznes mühitinin təkmilləşdirilməsini və sahibkarlıq fəaliyyətinin təşviqini dəstəkləmək məqsədilə vergi islahatlarının vahid konsepsiya əsasında formalaşdırılması və sistemləşdirilməsi zərurətindən irəli gələrək, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vergi orqanları qarşısında müəyyən edilmiş vəzifələr rəhbər tutulmaqla hazırlanıb.
Oxşar xəbərlər
Azərbaycanda yeni vergi strategiyası hazırlanıb
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
