Yanvar ayında ölkədə ÜDM istehsalı azalıb
Azərbaycanda bu ilin ilk ayında 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanda iqtisadi artım 4%-in üzərində olub
Azərbaycan iqtisadiyyatı 5% böyüyüb
Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 4% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
