HP: İdman Akademiyası dövlət büdcəsinə 42,9 min manat vergini ödəməkdən yayınıb
Hesablama Palatası Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tərəfindən 2022-2023-cü illәrdә, elәcә dә 2024-cü ilin birinci rübündә dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğunun qiymәtlәndirilmәsi məqsədilə audit aparıb.
Bu barədə "Sizinxeber.az-Economics"ə Palatadan bildirilib.
Qeyd edilib ki, Akademiyada müxtәlif ixtisaslarda mütәxәssislәrin hazırlanması üzrә mәslәhәt, tәdris vә praktik tәlim xidmәtlәrinin göstәrilmәsinә dair Akademiya tәrәfindәn qeyri-rezident şәxslәrlә bağlanılmış xidmәt müqavilәlәrinin icrası zamanı Azәrbaycan Respublikası Vergi Mәcәllәsi ilә müәyyәn olunmuş ödәmә mәnbәyindә vergi tutulmasına dair tәlәblәrә tam әmәl olunmamış, bәzi müqavilәlәr üzrә qeyri-rezident şәxslәrә vәsait köçürülәrkәn vergi tutulmamış, Akademiya ilә qeyri-rezident şәxslәr arasında bağlanılmış xidmәt müqavilәlәrindә razılaşdırılmış qiymәtlәrә bir qayda olaraq Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş vergi vә mәcburi ödәmәlәr daxil edilmәyәrәk ödәmә mәnbәyindә vergi mәblәği әlavә olaraq hesablanmışdır.
Ümumilikdә, Akademiya ilә qeyri-rezidentlәr arasında bağlanılmış xidmәt müqavilәlәri üzrә auditlә әhatә olunan dövr әrzindә cәmi 42,9 min manat vergi hesablanmamış vә dövlәt büdcәsinә köçürülmәsi tәmin olunmayıb.
Oxşar xəbərlər
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
Naxçıvan Sosial Xidmәtlәr Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edilib
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb
Hesablama Palatası Qida Tәhlükәsizliyi Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edib
Hesablama Palatası: “Bakı Metropoliteni” dövlәt satınalmalarında çoxsaylı nöqsanlara yol verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












