"Xalq Bank" yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi
sizinxeber.az xəbər saytı

"Xalq Bank" yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi


Dekabrın 27-də 20 illik yubileyini qeyd edən "Xalq Bank" ASC müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirdi. Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.

“Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bank xidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Bu ofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusi diqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təmin edilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasir xidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlara eksklüziv bank xidmətləri təqdim etməkdir”, - "Xalq Bank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.

Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.

Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.

Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər xidmət göstərəcək.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verib - FOTO
ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı
"Kapital Bank" BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq
Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir - VİDEO
AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər