Naxçıvanın maliyyə naziri: "Ötən il büdcə xərclərinin 50 %-dən çoxu yerli gəlirlərlə icra olunub"
sizinxeber.az xəbər saytı

Naxçıvanın maliyyə naziri: "Ötən il büdcə xərclərinin 50 %-dən çoxu yerli gəlirlərlə icra olunub"


2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yerli büdcə gəlirləri 250 milyon manatdan artıq olub ki, bu da büdcə xərclərinin 50 %-dən çoxunu icra etməyə imkan verib.

Bunu "Report"un yerli bürosuna müsahibəsində Naxçıvanın maliyyə naziri Həsən İsmayılov bildirib.

"Ötən ili həm muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar, həm də həyata keçirilən maliyyə siyasəti baxımından kifayət qədər uğurlu hesab edirəm. Büdcə xərclərinin icrasında dövlət büdcəsindən ayrılan dotasiyanın payı əhəmiyyətli dərəcədə aşağı salınıb. Bu il də yerli gəlirlərin payı çox olacaq və biz bunu büdcənin tərtibində nəzərə almışıq. Biz muxtar respublikanın xərclərinin optimallaşdırılmasını, gəlirlərin artırılmasını əsas prioritetlərdən hesab edirik. Ötən müddətdə bununla bağlı əhəmiyyətli və təqdirəlayiq addımlar atılıb", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub
Naxçıvana dotasiya 5 %-ə yaxın azaldılır
Naxçıvanın 2025-ci il büdcəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub
Naxçıvanda I yarımildə büdcə gəlirləri 130 %, xərcləri isə 78 % icra edilib
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər