İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender
sizinxeber.az xəbər saytı

İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender


İqtisadiyyat Nazirliyi 20 mln. manatlıq informasiya sistemi yaradır.

APA-Economics” Dövlət Elektron Satınalmalar Portalına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinə aid “Tikinti-Təchizat Birliyi" MMC “Milli Məkan Məlumatları İnformasiya Sistemi”nin yaradılması və əlaqədar təlim xidmətləri ilə bağlı tender keçirib. Satınalmanın qalibi “Caspel” MMC seçilib. Şirkətlə 19 milyon 842 min 880 AZN dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 milyon 146,02 min AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.

Sözügedən şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev keçmiş Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini Namiq Quliyevin qardaşıdır. “Caspel” MMC-nin son bir ildə İqtisadiyyat Nazirliyinin İT ilə bağlı keçirdiyi tenderlərin 60%-dən çoxunun qalibi olduğu bildirilir.

Oxşar xəbərlər

Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
Cəbrayılın Şükürbəyli kəndində 93 evin tikintisinə 14,6 mln. manat xərclənəcək
Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək
Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib
“Absheron Hotel Group”un nizamnamə kapitalı 2 milyon manat azaldılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər