Baş nazir son makroiqtisadi göstəriciləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Baş nazir son makroiqtisadi göstəriciləri açıqlayıb


Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir deyib ki, strateji valyuta ehtiyatlarımız 72 mlrd.dolları ötüb: “Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib”.

Əli Əsədov qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir: “Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5% (129,2 mlrd.azn), qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır”.

Oxşar xəbərlər

HP: Növbəti il dövlət büdcəsinin qeyri-vergi gəlirləri 18.7 mlrd. manat proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il minimum əməkhaqqı, pensiya və müavinətlərdə artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər