“Azerspace-1” sığortaçı seçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 10-u, saat 16:00-a qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 10-u, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, bu il dəyəri 66,5 milyon ABŞ dollar, 2023-cqü ildə isə dəyəri 80 milyon ABŞ dolları olan “Azərkosmos” peykinin sığortalanması üçün “Paşa Sığorta" ASC cəlb edilmişdi. Bu xidmətə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.
Xatırladaq ki, "Azerspace-1” peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. “Azerspace -1”in istismar müddəti 17 ildir.
“Azerspace-1” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
Oxşar xəbərlər
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Dəniz və Liman Agentliyi sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












