"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.
“Sizinxeber.az” xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 1,581 milyon manat ödəniləcək. Sığorta müqaviləsi gələn il sentyabrın 25-nə qədər qüvvədə olacaq.
Xatırladaq ki, "Azerspace-2” peyki 2018-ci ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 15 ildir.
“Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Avropa, Orta və Cənubi Asiyanı, Yaxın Şərqi və Sub Sahara Afrikanı əhatə edir.
Oxşar xəbərlər
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sığortaçı seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZPROMO sığortaçı seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












