Harvard Universitetinin ekspertləri Azərbaycandakı əməkhaqqı islahatlarını yüksək qiymətləndirib
Harvard Universitetinin "Growth Lab" Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndirib.
Bu barədə “Sizinxeber.az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya miqyasında mütəxəssislərin diqqətini cəlb edib. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib.
Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb, bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinə və xərcləri azaltmasına imkan yaradıb (https://www.taxes.gov.az/az/page/salary).
Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsas indikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergi qanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli – 32,1 faiz artıma nail olunub, əməkhaqlarının “ağarması”na şərait yaranıb, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqla sosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondların maliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçinin islahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsir göstərərək qeyri-neft sektorunda ”sahibkar - sahibkar” və “sahibkar - istehlakçı” əməliyyatlarının artımına gətirib.
Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar.
Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab" Mərkəzinin sosial şəbəkə hesablarında yerləşdirilib.
https://x.com/HarvardGrwthLab/status/1864804904923234548
Azərbaycanın əmək bazarında həyata keçirilən islahatların təhlili barədə Harvard Universitetinin "Growth Lab" Mərkəzi tərəfindən hazırlanan çarxın linki:
Oxşar xəbərlər
COP29-da "Yaşıl artım portalı"nın layihəsi təqdim olunacaq
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Nazir müavini: Təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməsək, gənclər əmək bazarında çətinlik yaşayacaqlar
Azərbaycanda əmək müqavilələrinin sayı artıb
Azərbaycanda median əməkhaqqı son 5 ildə 2,2 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
