Azərbaycanda səhmdarların yığıncağını elektron qaydada keçirmək mümkün olub
Milli Depozit Mərkəzi (MDM) Azərbaycanda ilk dəfə səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin səs verməsi üçün elektron sistemi (E-vote) istifadəyə velib.
"Sizinxeber.az" bu barədə MDM-ə istinadən xəbər verir.
Məlumata görə, yığıncağın tarixi, yeri və gündəliyi ilə tanışlıq qaydasına dair məlumatlar Mərkəzin yaratdığı İnvestor Portalında () elektron formada yerləşdirilib. Səhmdarlar şəxsi kabinetlərinə daxil olaraq bu məlumatlara tanış ola, elektron səsvermə imkanından istifadə edə bilər.
Yeni xidmət yığıncaqların məsafədən təşkil edilməsinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruya, elektron səsvermədə iştirak edə bilər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"E-vote" MDM-in “2024-2026-cı illər üzrə inkişaf Strategiyası”na uyğun olaraq yaradılıb.
Oxşar xəbərlər
Azərbaycanda yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək
Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilib
Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
