AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi” 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.

“Sizinxeber.az” bu barədə AMB-yə istinadən xəbər verir. Dəyirmi masa onlayn formatda keçirilib.

Məlumata görə, tədbirdə dünyanın 40-dan çox ölkəsinin mərkəzi bankının nümayəndələri günümüzün mürəkkəb problemlərini həll etmək üçün fikir və strategiya mübadiləsi aparıb.

“Strategiyaların Tətbiqində Öyrənilən Dərslər və Uğurlar” mövzusunda keçirilən sessiyada 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına və hərtərəfli strategiyanın icra çərçivəsi ilə bağlı AMB-nin baxışları təqdim edilib.

Tədbirdə AMB digər mərkəzi banklar ilə strategiyanın hazırlanması və icrasında ən yaxşı təcrübələr, qurumların müsbət nümunələri, qlobal qeyri-müəyyənlik dövründə mərkəzi bankların üzləşdiyi problemlər və gələcək təşəbbüsləri istiqamətləndirilməsi məsələləri müzakirə edib.

Oxşar xəbərlər

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Azərbaycan banklarında ekoloji risklərin idarə edilməsi üzrə təlimat təsdiqlənib
Vətəndaşların seçki hüququnun təmin olunması ilə bağlı Dəyirmi Masa keçirilib
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
Mərkəzi Bank COP29 zamanı maliyyə sektorunun iş rejimini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər