Mərkəzi Bankın sədri: Milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur
sizinxeber.az xəbər saytı

Mərkəzi Bankın sədri: Milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur


Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb: “Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb”.

Oxşar xəbərlər

Taleh Kazımov: Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb
Rusiya ilə Azərbaycan arasında milli valyutada hesablaşmaların payı 70 %-i ötüb
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər