“Trump Media”nın səhmləri “Nasdaq”da 15% bahalaşıb
sizinxeber.az xəbər saytı

“Trump Media”nın səhmləri “Nasdaq”da 15% bahalaşıb


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında 15% bahalaşıb.

“Report” xəbər verir ki, “Truth Social” sosial şəbəkəsinin sahibi “Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb.

Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənib və qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.

Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.

Oxşar xəbərlər

Maskın Trampın mitinqində çıxışından sonra “Trump Media”nın səhmləri yüksəlib
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
Tramp Harrislə debatın yeni raundundan imtina edib
Tramp prezident seçkilərində səs verib
Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər