Sığorta bazarında İLK: PAŞA Sığortadan KASKO sığortanı tam onlayn almaq imkanı
PAŞA Sığorta innovativ addımları ilə avtomobil sahiblərini sevindirməyə davam edir. Bu dəfə PAŞA Sığorta qeyri-həyat sığorta bazarında bir ilkə imza ataraq satış istiqaməti üzrə yeni funksionallığı təqdim edir.
Artıq bütün avtomobil sahibləri harada olmağından asılı olmayaraq ofisə yaxınlaşmadan öz KASKO sığortasını onlayn olaraq əldə edə biləcək. Bunun üçün sadəcə aşağıdakı link vasitəsilə PAŞA Sığorta saytına daxil olmaq kifayət edir. Tələb olunan məlumatları doldurduqdan sonra müştərilər avtomobilləri üçün Tam KASKO məhsulunu bir neçə dəqiqə ərzində əldə edərək sığortanı rahatlıqla rəsmiləşdirə bilərlər.
Müraciət üçün link: https://cutt.ly/menEyVLQ
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Oxşar xəbərlər
PAŞA Sığortadan Tam KASKO üzrə “Yaşının yarısı qədər endirim” kampaniyası
PAŞA Sığortadan KASKO sığortası üzrə “Yayın son fürsəti”!
PAŞA Sığortadan sadəcə 1 günlük 30% xüsusi endirim!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
