Azərbaycandan xarici startaplar üçün bank hesabından valyutada köçürmələrə icazə verilib
sizinxeber.az xəbər saytı

Azərbaycandan xarici startaplar üçün bank hesabından valyutada köçürmələrə icazə verilib


Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Qaydaya edilən dəyişikliyə əsasən, Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə və bir investor tərəfindən təqvim ili ərzində cəmi məbləği 100 min ABŞ dollarından çox olmamaqla aparılmasına icazə verilib.

Oxşar xəbərlər

Azərbaycanda əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb
Rusiya kəşfiyyatı: NATO və Ukrayna Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat hazırlayır
Azərbaycan Mərkəzi Bankı investisiya siyasətini açıqlayıb
“Fitch” Cənub Qaz Dəhlizinin avrobondlarının reytinqini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər