sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Mərkəzi Bankı investisiya siyasətini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya siyasətini açıqlayıb.
"APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, konservativ investor kimi yalnız sabit gəlirli qiymətli kağızlara investisiya edilir. Bu baxımdan səhm, daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir.
Mərkəzi Bankın valyuta aktivlərinin cari bölgüsünə gəldikdə bildirilib ki, bu əsasən investisiya reytinqli dövlət və kvazi-dövlət istiqrazlarından, habelə pul bazarı alətlərindən ibarətdir.
Qeyd edək ki, bu il iyul ayının 31-nə AMB-nin valyuta ehtiyatları 11 mlrd. 765.7 mln. ABŞ dollarına çatıb ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
