Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb


2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,5 % çoxdur.

Məlumata görə, bunun 33,1 %-i və ya 747,332 milyon manatı Füzuli rayonuna (illik müqayisədə 35,8 % çox), 27,8 %-i və ya 626,67 milyon manatı Şuşa rayonuna (11,4 % az), 26,2 %-i və ya 589,564 milyon manatı Ağdam rayonuna (85,6 % çox) yönəldilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,613 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,647 milyon manata, Xocalı rayonuna 20,8 dəfə aratarq 5,304 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,088 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,151 milyon manata çatıb, Ağdərə rayonuna sərmayə ayrılmayıb, Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Oxşar xəbərlər

Şərqi Zəngəzur iqtisadi rayonuna investisiya qoyuluşu 81 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər