Azərbaycan manatının dövretmə sürəti iyulda cüzi artıb
sizinxeber.az xəbər saytı

Azərbaycan manatının dövretmə sürəti iyulda cüzi artıb


Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəlinə nisbətən 0,07 bənd az, illik müqayisədə isə 0,39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb
Azərbaycanda manatla geniş pul kütləsi 12 % yaxın artıb
BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edibb
Azərbaycanda problemli kreditlərin məbləği 10 % azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 8 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər