ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək
sizinxeber.az xəbər saytı

ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək


Dövlət Neft Fondundan büdcəyə illik transfertlərin mərhələli şəkildə azaldılması planlaşdırılır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Qeyd edilib ki, 2025-ci il ərzində aktivlərin ümumi həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib. Aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi (2026-cı ildə 33,2%) Fondun transferti hesabına formalaşır. Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir.

Bu baxımdan, növbəti illərdə transfertin mərhələli şəkildə azaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl təcrübə kimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır
Azərbaycanın 2026-2029-cu illərdə icmal büdcəsinin gəlir proqnozu açıqlanıb
Neft Fondunun aktivləri 60 mlrd. dolları ötüb
Gələn il Azərbaycanda iqtisadi artım 3,2% proqnozlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər