Yelo Bank artıq Zaqatalada!
Yelo Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başladı.
Faiq Əmirov küçəsi, 12C ünvanında yerləşən filial Bank-ın özünəməxsus "parlaq bankçılıq" konsepti əsasında qurulub. Müasir və işıqlı interyeri ilə fərqlənən filialda müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Burada həm fərdi, həm də biznes müştərilərinə geniş çeşiddə bank xidmətləri, o cümlədən kredit, əmanət, kart əməliyyatları və digər gündəlik maliyyə xidmətləri təklif olunur. Həmçinin, 24/7 xidmət zonasında ATM və terminallar vasitəsilə günün istənilən vaxtı nağdlaşdırma və ödənişlər etmək mümkündür.
Yelo Bank-ın əsas məqsədi maliyyə xidmətlərini hər kəs üçün əlçatan etmək və bölgələrdə real sektorun inkişafına dəstək olmaqdır. Yeni filial Zaqatala və ətraf rayonlardakı kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün maliyyə resurslarına əlçatanlığı asanlaşdıracaq. Strategiyasına uyğun olaraq Bank, regionlarda fəaliyyətini daha da gücləndirməyi planlaşdırır.
Sərfəl şərtlərlə agrokredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!
Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verib - FOTO
ABB Bakıxanov qəsəbəsində yeni filial açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib
