“Birbank” kartlarında yeni dövr: limitsiz bonuslarla daha çox qazanmaq imkanı
Avqustun 1-dən “Birbank” kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz “Umico” bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.
Belə ki, daha öncə “Birbank Cashback” və “Birbank Star” kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə “Umico” bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün “Birbank” mobil tətbiqində müvafiq ay üzrə ən azı bir “Umico” bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız “Umico” bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.
Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri “Hotellər – 3%” bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3 % kateqoriya bonusunu, həm də 5 % partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% “Umico” bonusu əldə edir.
Hazırda “Birbank Cashback” və “Birbank Star” kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 manat, “Umico” bonus kateqoriyaları üçün isə ümumilikdə 100 manat təşkil edir. Həmçinin “Birbank Premium Cashback” və “Birbank Umico” kartları üçün bonus kateqosiyasında 100 manat limit tətbiq olunur. Müştərilər uyğun “Birbank” kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank” ASC-nin əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilə qədər ölkənin I bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “Paşa Holdinq” MMC-yə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Umico.az-da "Birbank" kartları ilə ödənişlər indi daha çox qazandırır
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Umico Bonus loyallıq proqramı yeniləndi
Birbank Umico kart sahibləri noyabr ayında daha çox qazanacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












