Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. Belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır.
Bunun üçün Birbank mobil tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico bonusu olaraq hesablanır.
Ətraflı məlumat üçün link: http://www.kbl.az/umctg
Birbank tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” bonus kateqoriyasını seçənlər, mart ayı ərzində bayram bazarlıqlarını və ya hədiyyə alış-verişlərini Birbank kartları ilə Umico.az-dan edərək bonuslar toplayırlar. Toplanan bonusları Umico.az-da alış-verişə, geniş tərəfdaş şəbəkəsində və ya Birbank və m10 tətbiqlərində kommunal, mobil və digər ödənişlər üçün istifadə etmək mümkündür. Balansdakı bonusları partnyorlarımızda alış-verişlərə də xərcləmək olar.
Oxşar xəbərlər
Birbank Umico kart sahibləri noyabr ayında daha çox qazanacaqlar
Umico Bonus loyallıq proqramı yeniləndi
"Birbank"la "Bakı Kart" üzrə hər gediş 20% keşbek qazandırır
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edib
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













