ADB ilk dəfə özbək somunda istiqrazlar yerləşdirib
Asiya İnkişaf Bankı (ADB) ilk dəfə özbək somunda istiqrazlar buraxıb və bunun sayəsində 312 milyard som (24,7 milyon ABŞ dolları ekvivalentində) cəlb edilib.
Bu barədə "Sizinxeber.az" bankın mətbuat xidmətinə istinadən məlumat verir.
Yerləşdirmə ADB-nin milli valyutalarda borc proqramının genişləndirilməsi strategiyasının bir hissəsidir. Bu təşəbbüs inkişaf etməkdə olan ölkələrdə borcalanlar üçün valyuta risklərini azaltmağa və daha sərfəli şərtlərlə maliyyəyə çıxışı təmin etməyə yönəlib.
İstiqrazlar nominal dəyərlə, illik 14,5 % dərəcəsi və üç illik tədavül müddəti ilə buraxılıb. "Gender" istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsait Daşkənd hüdudlarından kənarda qadın sahibkarların dəstəklənməsinə yönəldilib.
"Bu buraxılış bizə yeni investorlar cəlb etməyə imkan verməklə yanaşı, valyuta risklərinə daha həssas olan borcalanlara dəstək göstərilməsinə və milli kapital bazarlarının inkişafına sadiqliyimizi əks etdirir", - ADB-nin xəzinədarı Tobias Hoşka qeyd edib.
Xatırladaq ki, ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Manila şəhərində (Filippin) yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.
Oxşar xəbərlər
ADB 1,15 milyard dollarlıq panda istiqrazlar buraxıb
EIB Azərbaycanda "yaşıl istiqrazlar"ın buraxılmasını nəzərdən keçirir
"ASCO istiqrazları" üzrə növbəti faiz ödənişləri həyata keçirilib
SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
ABB 100 milyon manat həcmində istiqraz buraxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












