EIB Azərbaycanda "yaşıl istiqrazlar"ın buraxılmasını nəzərdən keçirir
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda "yaşıl istiqrazlar"ın buraxılması imkanını nəzərdən keçirir.
Bu barədə “Sizinxeber.az”a EIB-dən məlumat verilib.
Bankda qeyd ediblər ki, EIB bütün dünyada "yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir.
"Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə can atmasını, həmçinin bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırmasını nəzərə alaraq, “yaşıl istiqrazlar”ın buraxılması üçün EIB-dən maliyyə vəsaitinin cəlb edilməsi mümkündür. Lakin bunun üçün etibarlı normativ baza və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xətti yaradılmalıdır", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycanda artıq bir sıra təşkilatlar tərəfindən "yaşıl istiqrazlar" yerləşdirilib. Xüsusilə "Rabitəbank" ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 % olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb.
"Unibank" ASC isə tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 % olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib.
Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də “SOCAR Green” layihələrinə dəstək məqsədilə "yaşıl istiqrazlar" buraxıb. Nominal dəyəri 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 6 %, emissiyanın ümumi həcmi 200 milyon ABŞ dolları, tədavül müddəti isə 5 ildir.
Oxşar xəbərlər
Azərbaycanda "yaşıl istiqrazlar"ın tətbiqi qarşısında duran əsas maneələr açıqlanıb
EIB Azərbaycanda "yaşıl layihə”lərə maraq göstərir
SOCAR İstiqrazları sahiblərinin qazancı 14 milyon dolları ötüb
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












