Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb
Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 231,8 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 3,2 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12 % çoxdur.
Kredit qoyuluşunun 21 milyard 023 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 11,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,6 %-ə yüksəlib.
İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilk dəfə 30 milyard manatı ötüb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-ə yaxın artıb
Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 8 %-ə yaxın artıb
Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
