Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb
sizinxeber.az xəbər saytı

Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb


Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 23 % təşkil edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Məlumata görə, bu, I rüb ilə müqayisədə isə 2 faiz bəndi artıb.

Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.

Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 268,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 13,7 %, illik müqayisədə isə 23,7 % çoxdur.

Kredit qoyuluşunun 19 milyard 058,3 milyon manatı və yaxud 69,9 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 636,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 43,2 % çoxdur.

İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 23 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda manatla geniş pul kütləsi 12 % yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkənin audit bazarı 20 % böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-da işsizlik səviyyəsi 3,9%-ə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər