ARDNF-in “Azerbaijan Rigs” layihəsinin dəyəri 2 dəfədən çox azalıb
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya etdiyi “Azerbaijan Rigs” layihəsinin dəyərində ciddi azalma müşahidə olunub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, layihənin ümumi xərcləri 1 milyard 4,7 milyon ABŞ dolları təşkil edib. Bunun 838 milyon dollarını Fond 2013–2017-ci illərdə investisiya edib.
Lakin 2024-cü ilin sonuna təqdim edilmiş audit olunmamış maliyyə hesabatlarına əsasən, layihənin dəyəri 372,5 milyon dollar səviyyəsində qiymətləndirilib. Bu isə ilkin investisiya məbləği ilə müqayisədə layihənin dəyərinin təxminən 2,2 dəfə azalması deməkdir.
“Azerbaijan Rigs” ARDNF-in səhmlər alt portfeli çərçivəsində həyata keçirdiyi investisiya layihələrindən biridir.
Oxşar xəbərlər
ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb
ARDNF-nin maliyyə aktivlərinin idarə edilməsindən 7,2 milyard dollar gəlir əldə edib
ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb
ARDNF valyuta satışını 2 dəfədən çox artırıb
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












