ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb
sizinxeber.az xəbər saytı

ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb


Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 38,9 % təşkil edib.

Bu barədə "Sizinxeber.az" Fonda istinadən xəbər verir.

Bu, ötən il iyulun 1-nə nisbətən 14,4 faiz bəndi azdır.

ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 25,9 %-dan 25,7 %-ə düşüb.

Əvəzində qızılın payı 14,8 %-dən 28,8 %-ə, daşınmaz əmlakın payı isə 6 %-dan 6,7 %-ə çatıb.

İyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyulun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.

Oxşar xəbərlər

ARDNF I rübdə qızıla investisiyalarını kəskin artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF II rübdə 16 tona yaxın qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in aktivlərində qızılın həcmi 170 tona çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-nin maliyyə aktivlərinin idarə edilməsindən 7,2 milyard dollar gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər