HP: İcbari Tibbi Sığorta Fondu 760 mln. manatlıq satınalmada ciddi pozuntulara yol verib
İcbari Tibbi Sığorta Fondunun satınalmalarında şəffaflıq və səmərəlilik pozulub.
"APA-Economics" xəbər verir ki, Hesablama Palatasının (HP) İcbari Tibbi Sığorta Fondunda apardığı auditin nəticələrinə əsasən, 2023–2024-cü illərdə satınalma fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Hesabat dövründə Fond üzrə 277 satınalma keçirilib və ümumilikdə 757,1 milyon manatlıq müqavilə bağlanıb. Lakin audit bu satınalmaların 43%-nin bir mənbədən satınalma üsulu ilə həyata keçirildiyini, bu üsulla bağlanan müqavilələrin dəyərinin isə cəmi 6,7%-ni təşkil etdiyini müəyyən edib.
Bundan əlavə, satınalma planlamasında və icrasında nöqsanlara, o cümlədən ehtiyacların düzgün qiymətləndirilməməsinə, malların vaxtında çatdırılmamasına, eyni malın fərqli qiymətlərlə alınmasına, artıq ehtiyatda olan malların yenidən alınmasına yol verildiyi məlum olub.
Audit göstərib ki, bəzi dövlət proqramları çərçivəsində dərman vasitələri və tibbi ləvazimatlar təxmini qiymətlərdən və Tarif Şurası tərəfindən müəyyən edilmiş hədlərdən baha qiymətə alınıb. Həmçinin, malların proqnozlaşdırıla bilən olmasına baxmayaraq satınalmaların 70%-i ilin son iki rübündə həyata keçirilib ki, bu da planlaşdırma və effektivlik baxımından ciddi çatışmazlıq kimi qiymətləndirilib.
Hesablama Palatası nəticə olaraq vurğulayıb ki, satınalma prosesində şəffaflıq, qənaətlilik və məqsədyönlülük prinsiplərinin pozulması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olub.
Oxşar xəbərlər
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib
Palata: İcbari Tibbi Sığorta Fondu investisiya ilə bağlı pozuntulara yol verib
Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunda nöqsanlar aşkarlayıb
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 39 milyon manat artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












