Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunda nöqsanlar aşkarlayıb
Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunun 2023–2024-cü illər üzrə gəlir və xərc göstəricilərində hüquqi aktların tələblərinə zidd uyğunsuzluqlar aşkar edib.
"Sizinxeber.az-Economics"in məlumatına görə, bu barədə Palata audit həyata keçirib.
Audit hesabatında qeyd olunub ki, 2023-cü il üzrə Fondun gəlirləri 2 236,9 milyon manat, xərcləri isə 1 804,3 milyon manat, 2024-cü il üzrə isə gəlirlər 2 467,2 milyon manat, xərclər isə 2 214,7 milyon manat təşkil edib. Lakin bu rəqəmlər Fondun təqdim etdiyi illik hesabatlarda gəlir və xərc göstəricilərinin düzgün əks olunmaması fonunda təhriflərlə müşayiət olunub.
Hesablama Palatası müəyyən edib ki, bəzi xərclər və öhdəliklər əvvəlki illərə aid olsa da, həmin xərclər hesabatlara tam şəkildə daxil edilməyib. Eyni zamanda, hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlər üzrə də həm gəlir, həm də xərclərin həyata keçirildiyi, bəzi istiqamətlər üzrə isə təsdiqlənmiş məbləğdən artıq vəsaitin icra olunduğu məlum olub.
Qeyd olunur ki, 2023–2024-cü illər üzrə Fondun büdcəsinin icra səviyyəsi aşağı olub – müvafiq olaraq 81,1% və 78,5%. Bu isə gəlir və xərclərin qeyri-real proqnozlaşdırılması, əvvəlki illərin göstəricilərinin nəzərə alınmaması ilə izah olunur.
Hesablama Palatası həmçinin bildirib ki, əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin növbəti illərin xərclərinə yönəldilməsi ilə bağlı hüquqi tələblər icra edilməyib. Nəticədə, bu məbləğlərin yenidən gəlir kimi büdcəyə daxil edilməsi dövlət gəlirlərinin təkrar uçotuna səbəb olub.
Oxşar xəbərlər
Hesablama Palatası: DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Palata DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 39 milyon manat artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi xərcləri hesabatdan kənarda saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












