Palata: İcbari Tibbi Sığorta Fondu investisiya ilə bağlı pozuntulara yol verib
sizinxeber.az xəbər saytı

Palata: İcbari Tibbi Sığorta Fondu investisiya ilə bağlı pozuntulara yol verib


İcbari Tibbi Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyası zamanı hüquqi hədd aşılıb.

"APA-Economics"in məlumatına görə, Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrinə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Fondun sərbəst vəsaitlərinin investisiya fəaliyyəti zamanı hüquqi aktların tələblərinə tam əməl olunmayıb.

Hesabatda qeyd olunur ki, 2022-ci ilin sonunda investisiya edilmiş vəsaitin həcmi 462 milyon manat təşkil etdiyi halda, bu göstərici 2023-cü ildə 814 milyon manat artaraq 1 276,4 milyon manata, 2024-cü ildə isə əlavə 175,3 milyon manat artaraq 1 451,7 milyon manata çatıb. Lakin audit nəticəsində məlum olub ki, 2024-cü ilin sonunda investisiyaya yönəldilən sərbəst maliyyə vəsaitinin payı hüquqi aktlarla müəyyən olunmuş yuxarı həddi keçib.

Bundan əlavə, dövlət büdcəsindən səhiyyə proqramları üçün ayrılmış, lakin həmin ildə icra olunmayan vəsaitlərin geri qaytarılmaq əvəzinə qalıq məbləğ kimi göstərilərək investisiya məqsədilə istifadə edildiyi aşkarlanıb.

Audit həmçinin göstərib ki, əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi nəticəsində daha əlverişli investisiya alətlərindən istifadə imkanları məhdudlaşıb və bu, 2024-cü ildə investisiya gəlirlərinin 2023-cü illə müqayisədə 2 dəfə azalmasına səbəb olub. Eyni zamanda, investisiya gəlirləri mühasibat uçotunda düzgün əks etdirilməyib ki, bu da maliyyə hesabatlarının dəqiqliyini şübhə altına alıb.

Oxşar xəbərlər

Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunda nöqsanlar aşkarlayıb
Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 39 milyon manat artırılır
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər