Palata: Dövlət qurumlarının hesabatlarında 105 mln. manatlıq uyğunsuzluq aşkarlanıb
Hesablama Palatası maliyyə hesabatlarında 105 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
"APA-Economics" xəbər verir ki, Hesablama Palatasının 2025-ci ilin ilk yarısı üzrə hesabatına əsasən, dövlət qurumlarının maliyyə hesabatlarında ümumilikdə 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edilib.
Hesabata görə, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi qiymətləndirilib. Uyğunsuzluqlar əsasən dövlət vəsaitlərinin uçotu və istifadə olunması zamanı mühasibat və hesabat sistemlərində yol verilmiş nöqsanlar nəticəsində yaranıb.
Qeyd olunur ki, bəzi qurumlarda dövlət əmlakı və aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, bəzi hallarda isə gəlir və xərclər qeyri-dəqiq şəkildə əks olunub.
Hesablama Palatası bu nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib. Qurum, həmçinin, bu sahədə şəffaflığın artırılması üçün monitorinqlərin davam etdiriləcəyini bildirib.
Oxşar xəbərlər
Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsində 65 mln. manatlıq pozuntu aşkarlayıb
Hesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
Vahid Xəzinə Hesabında 665 mln. manatlıq fərq aşkarlanıb
Hesablama Palatası dövlət əmlakının idarə edilməsində nöqsanlar aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
