Azərbaycanda vençur maliyyələşməsinin hüquqi tənzimlənməsi hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vençur maliyyələşməsinin hüquqi tənzimlənməsi hazırlanıb


Azərbaycanda Vençur maliyyələşmə haqqında qanun layihəsi hazırlanaraq, hökumətə təqdim olunub.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.

Məlumata görə, qanun layihəsi artıq razılaşdırma mərhələsindədir.

Görüşdə həmçinin rəqəmsal bankçılıq, kriptovalyuta və vençur bazarının tənzimlənməsi, Virtual aktivlər haqqında və Vençur maliyyələşmə haqqında qanun layihələrinin vəziyyəti, bank sektorunda təhlükəsizlik, bank kartları ilə olan fırıldaqçılıq, onlayn kreditin əldə edilməsinin tənzimlənməsi, bank sektorunda çalışan xarici vətəndaşların dataya giriş imkanlarının məhdudlaşdırılması və s. müzakirə olunub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə “Caucasus Ventures” vençur fondu yaradılıb. Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir.

Bundan başqa, 2024-cü ildə 25 milyon ABŞ dollarlıq kapitalla “SABAH.fund” və 4 milyon ABŞ dollarlıq kapitalla "INMerge Ventures" vençur fondları yaradılıb.

Oxşar xəbərlər

Azərbaycanda kapitalı 4 milyon ABŞ dolları olan vençur fondu yaradılıb
Azərbaycanın ilk vençur fondu 25 startapa 1,5 milyon dollar investisiya yatıracaq
İRİA: İdarə olunan aktivlərin məbləği 15 milyon dollara çatdırılacaq
Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır
Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər