"Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib
Beynəlxalq reytinq agentliyi "Moody’s" Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə ölkə reytinq tavanlarını yüksəldərək milli valyuta üzrə tavan "Baa2"dən "Baa1"ə, xarici valyuta üzrə isə "Ba1"dən "Baa3"ə qaldırılıb.
“Report” xəbər verir ki, bu barədə agentliyin Azərbaycanla bağlı yaydığı son reytinq açıqlamasında bildirilir.
"Moody’s"in qiymətləndirməsinə əsasən, milli valyuta üzrə reytinq tavanı ilə suveren reytinq arasında mövcud olan iki pilləlik fərq bir tərəfdən dövlətin iqtisadiyyatda yüksək payı və institusional idarəetmənin zəifliyi, digər tərəfdən isə suveren fondun əhəmiyyətli aktivləri sayəsində xarici və makroiqtisadi sabitliyin qorunması ilə izah olunur.
Milli və xarici valyuta üzrə reytinq tavanları arasındakı iki pilləlik fərq isə ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin hələ də yüksək olaraq qalması və formal olaraq dəyişkən məzənnə rejiminə baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığı ilə əlaqələndirilir. "Moody’s" hesab edir ki, bu amillər valyuta transfertləri və konversiya üzrə mümkün məhdudiyyətlər riskini artırır.
Oxşar xəbərlər
“Fitch” Azərbaycanın investisiya reytinqini təsdiqləyərək “BBB”yə qədər yüksəldib
"Fitch" Azərbaycanın investisiya reytinqini təsdiqləyib və ölkə həddini "BBB"yə qədər yüksəldib
“Fitch” Fransanın reytinq proqnozunu “mənfi”yə dəyişib
“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb
Fitch: Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













