Səfir: Cari ilin 10 ayında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
Cari ilin 10 ayında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb.
"Sizinxeber.az" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohammed Al Blooshi Birliyin yaranmasının 53-cü ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Diplomat 2023-cü ildə isə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarət dövriyyəsinin ümumi həcminin 1 milyard 641 milyon ABŞ dolları təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, hər iki dövlətin liderinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir.
Səfir iki ölkə arasında turizm əlaqələrinə toxunaraq bildirib ki, 2024-cü ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 % artıb.
O, son olaraq iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın BƏƏ və Azərbaycanda mütəmadi olaraq keçirilən iclaslarının da münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edib.
Oxşar xəbərlər
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Azərbaycan ABŞ-yə məhsul ixracını 32 dəfəyə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












