"Bitcoin"in qiyməti DÜŞDÜ
sizinxeber.az xəbər saytı

"Bitcoin"in qiyməti DÜŞDÜ


Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin dəyərində əsasən azalma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin" son 24 saatda 0,68 faiz ucuzlaşaraq 80 937 dollara düşüb. "Ethereum" isə 2,04 faiz dəyər itirərək 2 326 dollardan ticarət olunub.

Bununla yanaşı, bəzi kriptovalyutalarda artım müşahidə edilib. BNB 1,31 faiz bahalaşaraq 643 dollara yüksəlib. Qızıla bağlı rəqəmsal aktivlərdən "Tether Gold" 1,13 faiz, "PAX Gold" isə 1,06 faiz artaraq 4 683 dollar səviyyəsinə çatıb.

Digər aktivlərdən "Zcash" 1,89 faiz bahalaşaraq 534 dollar, "Monero" 0,39 faiz artımla 408 dollar, "Bittensor" isə 7,12 faiz yüksələrək 307 dollar olub.

Məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması son bir gündə 0,59 faiz azalaraq 2,68 trilyon dollara enib.

Analitiklər bildirirlər ki, bazardakı dəyişikliklərə baxmayaraq, investorların diqqəti ABŞ-də kriptovalyutaların tənzimlənməsi ilə bağlı yeni təşəbbüslərə və qızılın bahalaşması fonunda alternativ investisiya alətlərinə yönəlməkdə davam edir.

Oxşar xəbərlər

Kriptobirjada əsas aktivlərdə nisbi bahalaşma olub
"Bitcoin" ucuzlaşıb
"Bitcoin"in qiyməti 75 min dolları ötüb
Kriptovalyuta bazarında eniş - Bitcoin və Ethereum ucuzlaşıb
"Google"un Azərbaycanda bazar payı artıb, "ChatGPT"nin isə azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər