Bolqarıstan və Qazaxıstan Orta Dəhliz boyunca limanların genişləndirilməsini planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
16:30

Bolqarıstan və Qazaxıstan Orta Dəhliz boyunca limanların genişləndirilməsini planlaşdırır

05 in, 2025
16:30
518

Bolqarıstan və Qazaxıstan Orta Dəhliz boyunca limanların genişləndirilməsini planlaşdırır

Bolqarıstan Nazirlər Şurası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) çərçivəsində Bolqarıstan və Qazaxıstan arasında Anlaşma Memorandumunun layihəsini təsdiqləyib.

“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, sənəd məlumat və təcrübə mübadiləsində əməkdaşlığı, marşrut boyunca liman infrastrukturunun inkişafını, tranzit vaxtının azaldılmasını, həmçinin logistika xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Bu tədbirlər Şərq və Qərb arasında transkontinental yük daşımalarının artımını stimullaşdırmağa yönəlib.

Memorandumun imzalanması tərəflərin Orta Dəhlizin təşviqində tərəfdaşlığın gücləndirilməsi səylərini əks etdirir ki, bu da regionda iqtisadi və sosial əlaqələrin inkişafına töhfə verəcək.

Qeyd edək ki, TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.

2024-cü ildə TBNM üzrə yük daşımaları həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrut iştirakçısı olan ölkələr xətti ilə keçəcək. Bu həcmdən 2,5 milyon ton quru yüklər (96 min TEU ekvivalenti), 1,7 milyon ton isə neft təşkil edəcək.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.

Bizimlə əlaqə saxlayın