İran Azərbaycan vasitəsilə "Şərq-Qərb" nəqliyyat dəhlizinin inkişafında maraqlıdır
İran Azərbaycan ərazisindən keçən "Şərq-Qərb" nəqliyyat-logistika dəhlizinin inkişafına böyük maraq göstərir.
"Report" xəbər verir ki, bu barədə İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, xüsusi diqqət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında mühüm nəqliyyat əlaqəsi xəttinin bir hissəsi olacaq Ağbənd-Kəlalə dəmir yolu və avtomobil yolunun tikintisinə yönəldilib.
"Bu layihə çərçivəsində əsas infrastruktur obyektləri həyata keçirilir. Buraya yeni Siyahrud-Ordubad avtomobil körpülərinin inşası, həmçinin zəruri sərhəd və gömrük infrastrukturunun inkişafı daxildir. İran bu kommunikasiyaların tamamlanmasının regional logistika və tranzit əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial yaradacağını gözləyir", - keçmiş səfir qeyd edib.
H.Ərşadi vurğulayıb ki, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan və Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil yolları istifadəyə verildikdən sonra yeni nəqliyyat imkanları yaranacaq: "Bu marşrutlar İrana Qara dənizə rahat və iqtisadi cəhətdən səmərəli çıxış təmin edəcək".
Oxşar xəbərlər
Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
