"Şimal-Cənub" dəhlizinin inkişafı çərçivəsində alternativ marşrut nəzərdən keçirilib
sizinxeber.az xəbər saytı

"Şimal-Cənub" dəhlizinin inkişafı çərçivəsində alternativ marşrut nəzərdən keçirilib


"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafının mümkün istiqamətlərindən biri kimi İmişli (Azərbaycan), Parsabad və Ərdəbildən (İran) keçən və daha sonra Qum, Bavk və İranın Bəndər-Abbas limanına çıxan marşrut nəzərdən keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, bunu “VTB Bank”ın prezidenti və İdarə Heyəti sədrinin müşaviri, "VTB-Layihə ofisi" MMC-nin baş direktoru Andrey Nikitçenko Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və bu prosesdə Azərbaycanın əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

Onun sözlərinə görə, alternativ marşrutun işlənib hazırlanması zərurəti İranın dəmir yolu şəbəkəsinin ayrı-ayrı sahələrində mövcud olan bir sıra məhdudiyyətlər, o cümlədən geoloji və geodezik şəraitdən irəli gəlir.

"Belə bir marşrut həqiqətən də nəzərdən keçirilib. Lakin yekun qərar hələ qəbul edilməyib. Mümkün istiqamətlərin hər birinin öz müsbət və mənfi cəhətləri, maraqlı olan tərəfləri və opponentləri var. Layihə təşkilatının vəzifəsi qərar qəbul edən şəxslərə texniki, iqtisadi və digər amilləri nəzərə alaraq əsaslandırılmış seçim təqdim etməkdir", - A.Nikitçenko qeyd edib.

O vurğulayıb ki, bu mərhələdə marşrutların müzakirəsi davam edir və ətraflı məlumatın verilməsi hələ mümkün deyil.

Oxşar xəbərlər

VTB: "Azərbaycan "Şimal-Cənub" marşrutunda yeni yük bazasının əsas həlqəsinə çevrilə bilər"
Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir"
Noyabrda Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək
Rusiya XİN: “Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər