VTB: "Azərbaycan "Şimal-Cənub" marşrutunda yeni yük bazasının əsas həlqəsinə çevrilə bilər"
sizinxeber.az xəbər saytı

VTB: "Azərbaycan "Şimal-Cənub" marşrutunda yeni yük bazasının əsas həlqəsinə çevrilə bilər"


Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində yeni yük bazasının formalaşmasında aparıcı rol oynamaq üçün unikal imkana malikdir.

“Report” xəbər verir ki, bu barədə “VTB Bank”ın prezidenti-İdarə Heyəti sədrinin müşaviri, "VTB-Layihə ofisi" MMC-nin baş direktoru Andrey Nikitçenko Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

"Biz layihəni elə konfiqurasiya etməyə çalışdıq ki, həm Azərbaycan, həm də İran yeni yük bazası yaratmaq imkanı əldə etsin – bu baza hələ mövcud deyil və sözügedən layihə həyata keçirilmədən mövcud olması qeyri-mümkündür. Bu, həm əlavə baza və biznes üçün gəlir, həm də milli inkişaf məsələlərinin həllidir. Biz bunu sadəcə nəqliyyat layihəsi kimi deyil, regional və makroregional iqtisadi inkişaf layihəsi kimi nəzərdən keçiririk", - A.Nikitçenko qeyd edib.

Onun sözlərinə görə, dəhlizdə iştirak Azərbaycanın Hind okeanının sürətlə inkişaf edən bazarlarına strateji çıxışını təmin edir.

"Ölkənin artıq Xəzərə çıxışı var, lakin Hind okeanına çıxış ixracatçılara Hindistan kimi bazarlara istiqamətlənməyə imkan verəcək - bunlar miqyaslı və dinamik istiqamətlərdir. Avropa bazarları gəlirli olsa da, sürətlə inkişaf etmir. Buna görə də "Şimal-Cənub" Azərbaycan üçün tamamilə fərqli üfüqlər açır", - müşavir izah edib.

O vurğulayıb ki, Azərbaycan nəqliyyat oxunun sənaye özəyinə çevrilə bilər:

"Bu, Belarus və ya Rusiyadan daxil olan xammalın emalı və ixracı ola bilər. Hər şey biznesin hesablamalarından asılıdır. Lakin sizin Ələt limanınız, Türkmənistana, Qazaxıstana, Özbəkistana çıxışınız varsa, Qazaxıstan tərəfində isə “Abu Dhabi Ports Group” fəaliyyət göstərirsə - bütün bunlar Ələtdə böyük sənaye və logistika bazasının yaradılmasının xeyrinədir. Onun uğurlu fəaliyyəti üçün isə Hind okeanına çıxış mühüm əhəmiyyət kəsb edir".

O əlavə edib ki, layihəyə təkcə Rusiyadan deyil, ABŞ və Asiya dövlətləri də daxil olmaqla digər ölkələrdən istehsalçılar və investorlar da qoşula bilər.

Oxşar xəbərlər

Mixail Mişustin: “Şimal-Cənub” nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq”
Prezident: Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir
Noyabrda Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir
Vladimir Putin: “Şimal-Cənub” layihəsi Hind okeanına çıxışımızı təmin edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər