

Nüsrət İbrahimov: “Bakıda köhnəlmiş və qəzalı binaların yenilənməsi sosial ədaləti təmin edəcək”
Bakıda köhnəlmiş və qəzalı binaların yenilənməsi təkcə infrastrukturun müasirləşdirilməsi deyil, eyni zamanda sosial ədalətin təmin olunması baxımından da mühüm istiqamətdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov “Mənzil inkişafında yeni gözləntilər” konfransında deyib.
O bildirib ki, bu prosesin uğurla həyata keçirilməsi ədalətli qiymətləndirmə və şəffaf kompensasiya mexanizmlərinin tətbiqindən keçir: “Əsas prinsip mülkiyyət hüququnun qorunmasıdır. Qiymətləndiricilər bazar dəyəri əsasında obyektiv yanaşma ilə kritik rol oynayır və dövlətlə vətəndaş arasında körpü funksiyasını yerinə yetirirlər. Onların fəaliyyətində müasir metodologiyalardan, gəlir və xərclər yanaşmasından istifadə olunur. Bu isə nəticələrin əsaslandırılmasına və hər kəsin başa düşəcəyi formada təqdim olunmasına şərait yaradır”.
Onun sözlərinə görə, qiymətləndirmə təkcə riyazi nəticə deyil, sosial razılığın və ictimai etimadın təməlidir: “Bəzən kompensasiya yalnız məzmun baxımından deyil, məbləğ baxımından da mübahisə doğurur. Məsələn, bəzi hallarda mülkiyyət sahiblərinə əvəz olaraq dəyərin 25-30 %-i ödənilir. Bu isə bazar dəyərinin pozulması deməkdir. Qiymətləndiricilər bu cür hallarda əsaslandırma funksiyasını yerinə yetirməlidir”.
Palata rəhbəri vurğulayıb ki, bu prosesdə 3 əsas tərəf var - mülkiyyətçilər, investorlar və dövlət: “Qiymətləndiricilər bu maraqlar arasında balans yaratmalıdır. Mülkiyyətçilər üçün ədalətli kompensasiya, investorlar üçün iqtisadi effektivlik, dövlət üçün isə sosial sabitlik və şəhər infrastrukturunun yenilənməsi prioritetdir. Qiymətləndiricilər neytral tərəf kimi fəaliyyət göstərməli, etik kodeksə və peşəkar müstəqilliyə sadiq qalmalıdırlar”.
Oxşar xəbərlər
Nüsrət İbrahimov: "Qiymətləndiricilər Palatası dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsini planlaşdırır"
Qiymətləndiricilər Palatası Mediasiya Şurası ilə əməkdaşlıq edəcək
Anar Quliyev: "Bakıda 200-dən çox qəzalı binanın təhlili aparılıb, artıq praktiki işlərə başlanılıb"
Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
