AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.
Bu barədə "APA-Economics"ə AZAL-dan bildirilib.
Bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir.
AZANS bu uğuru "NATS Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və "skeyes" (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb. Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb.
“GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir. Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!” — deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
GAIN təşəbbüsü hava hərəkətinin idarə edilməsi sahəsində ekoloji dayanıqlılığı artırmağa yönəlmiş beynəlxalq bir layihədir. O, şəffaflıq, məlumatlara əsaslanan yanaşma və aeronaviqasiya təminatçıları arasında müqayisəli təhlil mexanizmlərinin tətbiqi ilə həyata keçirilir. GAIN müxtəlif ölkələrdən olan tərəfdaş qurumların əməkdaşlığının daha ekoloji və texnoloji cəhətdən inkişaf etmiş bir aviasiya gələcəyinin formalaşmasında oynadığı mühüm rolu nümayiş etdirir.
ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.
Oxşar xəbərlər
AZANS və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir
AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb
AZAL-ın aviasiya tarixinə yeni səhifə açmasından 33 il ötür - FOTO
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
