AZANS və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir
- 23-01-2025, 10:50
- İqtisadiyyat / Sənaye və energetika
- 0
- 2 298
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. Bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.
AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:
- Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.
- Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.
- Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.
- Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.
“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: “Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir. Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm.”
Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.


width="220" alt="AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />