Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 % çoxdur.

Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 % və ya 2,6 min ton artaraq 130,1 min ton olub.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə danışıb.

Oxşar xəbərlər

Azərbaycanda bu il yük daşımaları 3 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəmir yolu ilə yük daşımaların həcmi 5,7 milyon tonu ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərnişindaşıma 9 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər