“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 2 dəfədən çox artırılıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nizamnamə kapitalı 1 090 015 990 manat və yaxud 2,2 dəfə artırılıb.
“Report” xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 906 061 960 manatdan 1 996 077 950 manata çatdırılıb.
Xatırladaq ki, ADY Prezident İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.
Bu il fevralın 25-də isə dövlət başçısı ADY-nin yenidən təşkil edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.
Oxşar xəbərlər
"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı 1 milyon manat artırılıb
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
“ADY Ekspress” yenidən təşkil olunub
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN
DOST Agentliyi zərərdən mənfəətə keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
