AYNA: Bu il özəl daşıyıcılar Bakıya 100-dən çox avtobus gətirəcək
Bakıda sərnişin avtobuslarının sayının 2800-ə çatdırılması nəzərdə tutulur.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
“Ötən il Bakıda gün ərzində fəalliyyət göstərən avtobusların sayı 2160-a çatdırılıb. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən Bakıya 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2023-cü illə müqayisədə 43% artaraq taxminan 2000 avtobusa çatdırılıb”, - deyə T.Səfərov qeyd edib.
Oxşar xəbərlər
AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək
Agentlik sədri: Bakı şəhərinə 2800 avtobus lazımdır
AYNA: Bakıda avtobus zolaqlarının uzunluğu 160 km olacaq
AYNA: Bakıya yeni elektrik mühərrikli avtobusların ilk partiyası gətirilib
AYNA: Zabrat yolunda avtobus zolaqlarının təşkili davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













